Təqaüd imkanlarımızla tanış olun

Yaşam Beynəlxalq Məktəbi olaraq inanırıq ki, keyfiyyətli təhsil hər kəs üçün əlçatan olmalıdır. Bu səbəbdən məktəbimizdə müxtəlif kateqoriyalar üzrə təqaüd proqramları təqdim edir. Yaşam Beynəlxalq Məktəbində şagirdlərə tədris ili boyunca akademik göstəricilərinə, davamiyyətə, nizam-intizam qaydalarına riayətə və olimpiada nəticələrinə əsasən təqaüdlər verilir. Təqaüdlər 50%, 40%, 30%, 20% və 10% güzəşt dərəcələrini əhatə edir. Təqaüdlər tədris ilinin sonunda şagirdlərin reytinqinə əsasən müəyyən olunur və növbəti tədris ili üçün tətbiq edilir.

İllik uğur təqaüdü Icon

İllik uğur təqaüdü

Təqaüdlər 50%, 40%, 30%, 20% və 10% güzəşt dərəcələrini əhatə edir. Təqaüdlər tədris ilinin sonunda şagirdlərin reytinqinə əsasən müəyyən olunur və növbəti tədris ili üçün tətbiq edilir.
Ailə üzvlərinə güzəşt Icon

Ailə üzvlərinə güzəşt

Eyni ailədən iki və ya daha artıq övlad məktəb təqdim etdikdə bütün təhsil müddətində təhsil haqqı üçün xüsusi təklif edilir. İkinci və növbəti övladlar üçün 20% endirimlər mövcuddur.
Sosial dəstək Icon

Sosial dəstək

Yaşam Beynəlxalq Məktəbində şəhid ailələrinin övladlarına 20% güzəşt nəzərdə tutulur.

Təqaüd Proqramları üzrə Tez-Tez Verilən Suallar

01
Təqaüd proqramlarına necə müraciət edə bilərik?
+

Təqaüd proqramlarına müraciət məktəbə qəbul prosesi ilə paralel olaraq aparılır. Müraciət üçün onlayn və ya kağız formada təqaüd ərizəsi doldurulmalı və tələb olunan sənədlər əlavə olunmalıdır.

02
Təqaüdlər hansı siniflər üçün keçərlidir?
+

Əksər təqaüdlər ibtidai siniflərdən başlayaraq bütün təhsil pillələrində tətbiq oluna bilər. Lakin bəzi xüsusi təqaüdlər yalnız ümumi və tam orta təhsil pilləsi üçün nəzərdə tutulmuş ola bilər.

03
Təqaüd yalnız bir dəfəlik verilir, yoxsa davamlıdır?
+

Təqaüdlərin əksəriyyəti illik olaraq verilir və şagirdin akademik göstəricilərinə, davranışlarına və məktəb qaydalarına riayət etməsinə əsasən hər il yenidən qiymətləndirilə bilər.

Hər Zaman İrəli Hərəkət Edin

WhatsApp