Əziz dostlar, YASHAM Məktəbinə xoş gəlmisiniz!

Məktəbimiz elm, mədəniyyət və təhsildə qabaqcıl yanaşmaları ilə ölkəmizdə seçilən özəl təhsil ocaqlarından biridir. Respublika və beynəlxalq səviyyəli olimpiada və layihələrdə qazandığımız uğurlar, texnologiya və xarici dil sahəsində tətbiq etdiyimiz yeniliklər, təkcə də şagirdlərimizə aşılanan ümumbəşəri və milli dəyərlər bu uğurun təməlində dayanır.

Əsas missiyamız – Vətənini, ailəsini, dəyərlərini sevən, zehni, fiziki və əxlaqi cəhətdən sağlam, yaradıcı və məsuliyyətli fərdlər yetişdirməkdir. Müəllim heyətimiz hər bir şagirdin maraq və istədadına uyğun istiqamətləndirmə aparır və onları həm ölkə daxilində, həm də xaricdəki universitetlərə hazırlaşdırır.

YASHAM Məktəbində hər şagirdin fərdi inkişafı əsas prioritetdir. Bu səbəblə onlara yalnız təhsil deyil, həm də zəngin sosial və yaradıcı imkanlar təqdim edirik.

Bizimlə birgə bu inkişaf yoluna qoşulmaq – gələcək üçün dəyərli bir addımdır.

Hörmətlə,

Dr. Samir Həsənov

CEO

Dr. Samir Həsənov - CEO

Hər Zaman İrəli Hərəkət Edin

WhatsApp