Yaşam Beynəlxalq Məktəbi 2021-2022 tədris ilindən etibarən Beynəlxalq Kembric (Cambridge) standartlarına uyğun ingilis dilində tədris verməkdədir. Beynəlxalq Kembric proqramı 160 ölkədə və 10 mindən artıq məktəbdə tədris olunur. Dərslər, ixtisasında təcrübəli və uğurlu müəllimlər tərədindən yüksək keyfiyyətlə tədris olunur. Beynəlxalq məktəbdə Azərbaycan dili dövlət dili kimi, digər dərslər isə ingilis dilində tədris olunur. Kembric təhsilinin ən öməli özəlliyi olan fənn dərslərini böyük bir ciddiyyət və həvəslə tədris edirik. Məktəbi bitirən şagirdlər universitet seçimi və yerləşdirmə mövzusunda məktəbin səlahiyyətli şəxsləri tərəfindən köməklik göstərilir. Şagirdlərimizin bir çoxu təhsillərini dünyanın ən prestijli universitetlərində davam etdirmək üçün liseydə karyera planlama və ixtisaslar haqqında dolğun məlumat əldə edirlər. Beynəlxalq bölmədə tədris dili ingilis dili ilə yanaşı şagirdlər həm də xarici dil kimi Alman dilini mənimsəyirlər. Zirvə Liseyində şagirdlər xarici universitetlərə imtahan vermək üçün SAT, AP, lELTS, TOFEL üzrə hazırlıq proqramlarıdan da faydalana bilirlər. Yaşam Beynəlxalq Məktəbi həmçinin 2020-ci ildən etibarən bütün növ Kembric İmtahanlarının keçirildiyi tam sertifikatlı Kembric Universitetinin Mətbuat və Qiymətləndirmə İmtahan və Hazırlıq mərkəzidir (Starters, Movers,Flyers, KET, PET, FCE, C1, C2, TKT).

Tədrisin əsasları

Beynəlxalq və yerli standartlara əsaslanan tədris proqramına malik innovativ təhsil sistemi.

Hər Zaman İrəli Hərəkət Edin

WhatsApp